Ərdoğan Türkiyənin yerli avtomobilini sürdü – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli avtomobili TOGG-u idarə edib.

Yenicag.azxəbər verir ki, Ərdoğan bununla bağlı sosial media hesablarında paylaşım edib.

“Cənnət Vətənimizin yollarında…Yerli və milli”, – Ərdoğan sosial şəbəkə hesabında yazaraq avtomobili idarə etməsini əks etdirən fotoları paylaşıb.