Ərdoğan Ukraynaya getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşüb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğan Lvovda Ukrayna Prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Görüşlərdə Rusiyanın Ukraynaya hərbi təcavüzü və taxıl tədarükünün davamlılığı məsələləri müzakirə ediləcək.