Ərdoğan üzrxahlığı qəbul etmədi: “Bunu alçaq adamlar edir”

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan NATO-nun Norveçdə keçirilən təlimlərində onun və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə Alyans rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, Ərdoğan bu barədə hakim Ədalət və İnkişaf Partiyasının toplantısındakı çıxışı zamanı bildirib:

“Dünən NATO təlimlərində yol verilən hörmətsizliyin şahidi oldunuz. Elə səhvlər var ki, səfeh yox, alçaq adamlar edir. Bu cür mövzular adi üzrxahlıqla bağlana bilməz”.

COP29