Ərdoğan vaksinasiya prosesindən DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə COVID-19 virusuna qarşı vaksinasiyanın nə vaxt bitəcəyinə aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, Ərdoğan jurnalistlərin sualına cavabında vaksinasiya prosesinin may-iyun aylarında başa çatacağını təxmin etdiyini bildirib.

“Düşünürük ki, may-iyun aylarında bu proses bitsin və yay fəslinə daha rahat girmiş olaq”, – deyə Türkiyə lideri qeyd edib.