Ərdoğan və Berdiməhəmmədovdan birgə BƏYANAT

“Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsi olmaqla, Türkiyə və Türkmənistanın maraqlarına uyğun olan layihələri dəstəkləyəcəyik”.

Yenicag.az xəbər verir ki, bu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşündən sonra yayılan birgə bəyanatda qeyd olunub.

Qeyd edilib ki, Türkiyə və Türkmənistan Xəzər dənizindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi üzərindəki layihələri dəstəkləməyə davam edəcək.