!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan və Əliyev vasitəçi missiyasında: "Rusiya-Ukrayna münasibətlərinin normal məcraya yönəlməsi..." - ŞƏRH

!Reklam – Yazi

“Həmin dövrdə İlham Əliyev Türkiyə-Rusiya münasibətlərinin normallaşması üçün müvafiq addımlar atmışdı”.

Bu fikirləri prezident İlham Əliyevin Ukrayna səfərinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna münasibətlərinin normallaşması baxımından yanaşmasına münasibət bildirən politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında səsləndirib.

Elçin Mirzəbəyli Azərbaycan liderinin Rusiya və Türkiyə arasında yaranan gərginlikdə də barışdırıcı mövqedən çıxış etdiyini bildirib:

“Azərbaycan-Ukrayna münasibətləri hansısa bir formada üçüncü dövlətin əleyhinə yönəlməyib. Bu münasibətlər iki dost, qardaş xalqın, dövlətin ümumi mövqeyinə xidmət edir. Cənab prezidentin Ukraynaya səfəri sırasında əldə olunan razılaşmaların da mahiyyətindən göründüyü kimi, Azərbaycan Ukrayna ilə əlaqələrini genişləndirmək əzmindədir. Bizim üçün bütövlükdə beynəlxalq msələlərə baxışda bir mövqe var: Biz dövlətlərin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qəbul edirik. Azərbaycanın bu yanaşması Rusiya tərəfindən də qəbul edilir.

Azərbaycan regionda və bütövlükdə postsovet məkanında münasibətlərə töhvə verməyə çalışır. Belə bir töhvə təyyarənin vurulması ilə Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi dönəm də özünü biruzə vermişdi. Həmin dövrdə İlham Əliyev Türkiyə-Rusiya münasibətlərinin normallaşması üçün müvafiq addımlar atmışdı. Bu da sonradan Türkiyə rəsmiləri tərəfindən xüsusilə qeyd olundu. İndiki şəraitdə Rusiya-Ukrayna münasibətlərinin normal məcraya yönəlməsi Azərbaycanın da, Türkiyənin də maraqlarına cavab verir. Çünki Ukraynanın həm Türkiyə, həm də Azərbaycanla çox yaxşı münasibətləri var. Eyni zamanda, Rusiya-Türkiyə və Azərbaycan-Rusiya münasibətləri də yaxşıdır. Qara dəniz və Xəzər hövzəsində sabitliyin qorunub saxlanması hər iki ölkənin (Azərbaycan və Türkiyə – red.) maraqlarına xidmət edir. Digər tərəfdən, Azərbaycan və Türkiyənin liderləri regionun gələcəyini görməyi bacaran, strateji baxış bucağına malik olan siyasi rəhbərlər kimi Rusiya və Ukrayna xalqlarının qardaş olduqlarını, ortaq dil, ortaq mədəniyyət amili faktorunun olduğunu xüsusi olaraq nəzərə alırlar. Mövcud Rusiya-Ukrayna gərginliyi geosiyasi faktorlardan qaynaqlanır. Burada mental problem yoxdur. Bu münasibətlər nə zamansa qaydasına düşəcək. Belə bir prosesdə hər iki liderin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı, şübhəsiz ki, müsbət dəyərləndirilməlidir. Bu, gərginliyin azaldılmasına xidmət edə və bölgədə qarşılıqlı əməkdaşlığın inkişafı, iqtisadi maraqların təmin olunması, sülh və əmin-amanlığın bərpası üçün uğurlu zəmin yarada bilər”.

Aqil Bəkir

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv