Ərdoğan və Kılıçdaroğlunun səs faizi AÇIQLANDI

Türkiyədə 14 may prezident seçkiləri öncəsi daha bir sorğu keçirilib.

Yenicag.az “Hürriyyət”ə istinadla xəbər verir ki, “Optimar” araşdırma mərkəzinin keçirdiyi son sorğuya görə, seçicilərin 47%-dən çoxu hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazır olduğunu bildirib.

Ərdoğanın əsas rəqibi, “Altılı masa”nın vahid namizədi Kamal Kılıçdaroğluna isə respondentlərin 45,3%-i səs verəcəyini bildirib.

Sorğu 13-18 mart taarixində 1916 respindent arasında keçirilib. Qeyd edək ki, “Optimar” bundan öncə 2014 və 1018-ci il seçkiləri və 2017-ci il referendumu barədə dəqiq proqnoz vermişdi.