Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İngiltərənin baş naziri Tereza Mey ortaq hərəkət planı məsələsində razılaşıblar.
Yenicag.az xəbər verir ki, Ərdoğan Londona 3 günlük səfəri çərçivəsində kraliça Elizabet və baş nazir Tereza Mey ilə görüşüb. O, kraliça ilə 40 dəqiqəlik görüşün ardından Mey ilə hərəkət planı barədə müzakirələr aparıb. Yekun olaraq iki ölkənin terrorla mübarizə, miqrasiya problemləri, regional təhlükəsizlik və ticarət məsələsində əməkdaşlığı genişləndiriləcəyi bildirilib.
Hərəkət planının detalları barədə isə hələlik ətraflı məlumat verilməyib.
Bununla belə, görüşlərdə dinc fələstinlilərin qətlinin cəzasız qalmaması barədə də danışıqlar aparılıb.