Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, söhbət zamanı liderlər ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxmasını müzakirə ediblər. Tərəflər nüvə sazişinin qüvvədə qalmasının beynəlxalq və regional təhlükəsizlik üçün prinsipial əhəmiyyət daşıdığını vurğulayıblar.