Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin prezident aparatı yayıb. Məlumata görə, liderlər danışıq zamanı Suriyadakı vəziyyət və enerji məsələsi başda olmaqla iki ölkə arasındakı iqtisadi münasibətlər barədə fikir mübasiləsi aparıblar.
Tərəflər İran-İsrail arasında hökm sürən gərginliyin tezliklə aradan qaldırılmalı olduğunu bildirib.