!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan və Putin arasındakı anlaşmanın Azərbaycana təsiri olacaq? - VİDEO

!Reklam – Yazi

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çoxdan gözlənilən Rusiya səfərini gerçəkləşdirib.

Yenicag.az xəbər verir ki, Ərdoğan rusiyalı həmkarı Putin ilə iki saat yarım davam edən görüşdən sonra mətbuat konfransı keçiriblər. Görüşdə müzakirə olunan mövzular Ərdoğanın Rusiya səfəridən öncə hava limanında keçirdiyi mətbuat konfransında diqqətə çatdırdığı mövzularla eyniyyət təşkil edib. Əsas diqqət turizm və iqtisadiyyat sahəsinə və Suriya məsələsinə yönəldilib.

İqtisadi sahədə əlaqələrin möhkəmləndiriləcəyini diqqətə çatdıran Ərdoğan “Türk axını” layihəsinin sürətlə davam etdiyini və bu ilin sonunadək layihənin torpaq hissəsinin başa vurulacağını qeyd edib.

Öz növbəsində Vladimir Putin də layihənin inşasının yüksək dəqiqliklə və ən son texnologiyalarla davam etdiyini bildirib və diqqətə çatdırıb ki, Rusiya təbii qazla bağlı Türkiyəyə qarşı bütün öhdəliklərini həyata keçirir.

Xatırladaq ki, bəzi analitiklər “Türk axını” layihəsinin Transanadolu Təbii Qaz Kəmərinin (TANAP) əhəmiyyətini azaldacağını bildirmişdi. “Türk axını” layihəsinin həyata keçməsini Azərbaycanın təbii qaz ixracatını azaldacağı yönündəki fikirlər sonradan təkzib edilmiş və bunun Azərbaycanın təbii qaz ixracatına heç bir təsirinin olmayacağı açıqlanmışdı.

Rusiya qazının Türkiyə üzərindən Avropaya çatdırılmasına xidmət edəcək “Türk axını” boru kəməri Amerika tərəfindən soyuqqanlılıqla qarşılanmamış və Amerika Rusiyanın qaz ixracatında mövqeyini gücləndirəcək “Türk axını”na qarşı TANAP-ı dəstəklədiyini bəyan etmişdi.

www.yenicag.az

3973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv