Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə danışıqlar zamanı Rusiyaın Ukrayna ilə hərbi əsirləri dəyişdirmək istəyini gördüyünü bildirib.
Yenicag.az Anadolu-ya istinadla xəbər verir ki, Türkiyə lideri Ankaranın bu istiqamətdə gələcək təşəbbüsləri diqqətlə izləyəcəyini qeyd edib.
Daha əvvəl bildirilmişdi ki, Ərdoğan və Putin Kazanda keçirilən BRİKS sammiti çərçivəsində keçirilən görüşdə Ukrayna böhranı və Yaxın Şərq regionunda gərginliyin artması ilə bağlı fikir mübadiləsi aparıblar.