Ərdoğan və Putin tarixi layihənin açılışında – VİDEO

İstanbulda “Türk axını” qaz kəmərinin dəniz sahəsinin açılışı baş tutub.

Yenicag.az-ın məlumatına görə, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak edib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov da “Türk axını” təbii qaz boru xətti layihəsinin dənizdən keçən hissəsinin tamamlanması münasibətilə keçirilən mərasimdə iştirak etmək üçün Türkiyəyə səfər edib.

Ümumi uzunluğu 1100 kilometr olacaq “Türk axını” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək iki xəttin tikintisini və kəmərlərin hər biri 15,75 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutur. Boru kəməri ilə qaz nəqlinə 2019-cu ildə başlanacağı planlaşdırılır.