Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin yanvarda 23-də Moskvada görüşəcək.
Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Putinlə çərşənbə günü – yanvar 23-də görüşəcəklər.
Liderlər iki ölkə arasındakı münasibətlər, eləcə də, Suriyadakı vəziyyət və Ankaranın Moskvadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı müqaviləni müzakirə edəcəklər.