Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında növbəti görüşün tarix məlum olub.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Prezidentlər arasındakı görüş martın 5-də Moskvada baş tutacaq.
Görüşdə Suriyanın İdlib vilayətində yaşanan gərginlikdən çıxış yolları müzakirə ediləcək.