Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla Suriyanın Mənbic şəhərindəki vəziyyəti müzakirə etmək niyyətində olduğunu bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti özü bildirib.
“Sammitdə qlobal iqtisadiyyatın üzləşdiyi problemlər hərtərəfli müzakirə olunacaq. ABŞ prezidenti Trampla görüşdə Mənbic problemini müzakirə edəcəyik”, – deyə Ərdoğan jurnalistlərə bildirib.
Qeyd edək ki, bu ilin iyunun əvvəllərində Ankara və Vaşinqton Suriyanın Mənbic şəhərində sabitlik üzrə “yol xəritə”si təyin edib. Sənədə əsasən, kürd silahlıları şəhərdən çıxarılmalıdır.