Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vəzifələrinin icrasını vitse-prezident Fuad Oktaya həvalə edib.
Yenicag.az-ın Türkiyə bürosunun məlumatına görə, bu barədə qərar “Resmi gazete”də yayımlanıb.
Belə ki, Ərdoğan 13-16 noyabr tarixləri aralığında İndoneziyaya səfər edəcək. Bu müddət ərzində onun vəzifələrini Fuad Oktay yerinə yetirəcək.