Ərdoğan Xankəndini göstərdi: “Otelimiz oradadır?” – MARAQLI ANLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada çəkilmiş maraqlı görüntüləri yayılıb.

Yenicag.az xəbər verir ki, İlham Əliyev Ərdoğana Xankəndi şəhərinin Şuşadan görünən mənzərəsini göstərdiyi zaman Türkiyə prezidenti buna gözlənilməz reaksiya verib.

Ərdoğan Xankəndini nəzərdə tutaraq, “Otelimiz oradadır?” – deyə İlham Əliyevdən soruşub.

İlham Əliyev Ərdoğanın bu sualını gülüşlə qarşılayaraq, “Yox, orada da olacaq”, – deyə mesaj verib.