!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Xəzər İbrahimi qəbul etdi - FOTO

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Xəzər İbrahim özünün “Twitter” hesabında paylaşım edib.

Görüşdən foto paylaşan Xəzər İbrahim, “Qardaş Türkiyədə Azərbaycanın səfiri kimi fəaliyyətdə olduğum dövrdə hər zaman dəstəyinizi və diqqətinizi hiss etdim. Türkiyədən ayrılmadan əvvəl də məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, cənab Prezident!”, – deyə qeyd edib.

Xatırladaq ki, Xəzər İbrahimin Türkiyədəki diplomatik missiyası başa çatıb. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizin ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv