Ərdoğan Xəzər İbrahimi qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimi qəbul edib.

Yenicag.az xəbər verir ki, görüş zamanı səfir prezidentə etimadnaməsini təqdim edib.

Sonda Xəzər İbrahim, həyat yoldaşı, uşaqları və səfirlik nümayəndələri prezidentlə birgə xatirə şəkli çəkdirib.