“Sosial media kimi idarəsi qlobal güclərin əlində olan məcralarda servis edilən yarısı yalan, yarısı yanlış xəbərlərlə ölkəni qarışdırmağa çalışırlar”.
Yenicag.az-ın yerli bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhər administrasiyalarının rəhbərləri ilə görüşündə deyib.
“Türkiyə nə zaman kritik yol ayrımına gəlsə, o dəqiqə kirli ssenarilər, xain tələlər, alçaq oyunlar dövriyyəyə buraxılır. Əsl hədəfləri bizi hədəflərimizdən uzaqlaşdırmaqdır”, – deyə dövlət başçısı qeyd edib.