!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərdoğan yeni dünya düzənini pozacaq!” – “Stratfor” həyəcan təbili çalır

!Reklam – Yazi

15356076_836093336533971_680282442_nƏrdoğanın antidollar kampaniyası genişlənir, “Stratfor” həyəcan təbili çalır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dollardan kütləvi imtina kampaniyası genişlənməkdədir.

Artıq bir həftədir Türkiyədə milyardlarla dollar vətəndaşlar tərəfindən lirəyə dəyişdirilib. Son məlumatlara görə, son həftə ərzində ölkədə 15 milyard dollara yaxın məbləğ lirəyə çevrilib. Kampaniyaya artıq orta biznesin nümayəndələri ilə yanaşı iri iş adamları da qoşulur.

ABŞ-ın ən nüfuzlu araşdırma institutlarından olan və “kölgə MKİ” kimi tanınan “Stratfor” Ərdoğanın çağırışından sonra həyəcan təbili çalıb. Araşdırma institutunun aparıcı mütəxəssisləri və analitikləri tərəfindən hazırlanan hesabatda ABŞ hökumətinə təcili tədbirlər görülməsi üçün açıq xəbərdarlıq edilib.

“Stratfor”un hesabatında bildirilir ki, Ərdoğanın başladığı “dollardan imtina” kampaniyasına digər ölkələrin də qoşulacağı təqdirdə yeni qlobal sistem dəyişikliyi qaçılmaz olacaq və ABŞ-ın müəyyən etdiyi dünya düzəni pozulacaq.

“Stratfor”un hesabatı ABŞ-ın siyasi və biznes dairələrini ciddi şəkildə qorxuya salıb. Türkiyənin özündə ilkin başlanğıcda 15 milyard dollara qədər bir məbləğin lirəyə dəyişdirilməsi ABŞ-ın Türkiyə üzərindəki təsirinə endirilmiş çox sarsıdıcı zərbədir. Əgər bu kampaniyaya Rusiya, Çin və İran da qoşularsa, bu, dolların qlobal məzənnəsinə ciddi təsir göstərəcək və ABŞ bankirlərinin dünya iqtisadiyyatı üzərindəki hakimiyyətinin əsasları mütləq surətdə sarsılacaq. ABŞ-ın ən nüfuzlu və mötəbər beyin mərkəzi olan “Stratfor”un məsələyə bu cür təcili yanaşması onu göstərir ki, Ərdoğana və Türkiyəyə qarşı təzyiqlər daha da artacaq.

Məsələnin ciddiliyini anlayan Türkiyə hakimiyyəti dünən artıq qabaqlayıcı tədbirlər planını xalqa açıqladı. Baş nazir Binəli Yıldırımın Rusiyadan qayıdan kimi yerli iş adamlarına 250 milyard lirəlik uzunmüddətli və güzəştli kredit ayrıldığı, götürdüyü kreditlə istehsal müəssisəsi yaradan iş adamlarının isə 9 ay bütün növ vergilərdən azad ediləcəyi müjdəsini verdi. Hökumətin iclasında çıxış edən və baş naziri Rusiya səfərində müşaiyət edən Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak isə Moskva ilə enerji ticarətində dollar və avrodan tam imtina ediləcəyini ticarətin rubl və lirə ilə həyata keçiriləcəyini bildirdi.

Bundan əlavə rus və türk şirkətlərinin səhmlərinin də Qərb birjalarındakı satışının məhdudlaşdırılacağı, qiymətli kağızlar bazarının Moskva və İstanbul birjalarında satışının təşkil olunacağı barədə də Ankara ilə Moskvanın ciddi müzakirələr apardığı bildirilir. İllik ticarət dövriyyəsinin on milyardlarla dollar həcmində olduğu bu iki ölkənin dollardan qismən, daha sonra isə tam imtina etməsi, Çinin bu kampaniyaya qoşulacağı təqdirdə isə ABŞ-ın Avrasiya məkanındakı iqtisadi təsirinin sıfıra enməsi ilə nəticələnəcəyi artıq heç kəsdə zərrə qədər şübhə doğurmur.

P.S. Cəsarəti, qətiyyəti və dəmir iradəsi ilə “Dünya hökuməti”nə qarşı gələn Ərdoğan artıq qlobal faiz mafiyasının, dollar imperiyası sahiblərinin yuxusuna haram qatıb və onların bir nömrəli hədəfinə çevrilib. Buna görə də Türkiyə ətrafında cərəyan edən hadisələrin qızışmasına, yeni müharibə ocaqlarının yaranmasına və bu müsəlman ölkəsinə artacaq hücumlara Ərdoğan başda olmaqla türk xalqı, türk dövləti öz təhlükəsizlik orqanları və öz ordusu ilə birlikdə hazır olmalıdır.

Yeniçağ.Az

www.yenicag.az

971
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv