Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində “Cumhur” ittifaqının namizədi kimi irəli sürüb.
Yenicag.az xəbər verir ki, bu barədə AKP-nin mətbuat katibi Ömər Çelik məlumat verib.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. “Cumhur” ittifaqına AKP ilə Milliyətçi Hərəkat Partiyası (MHP) daxildir.