Ərdoğan Zelenski ilə görüşdü – Ukrayna səfəri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə gəlib.

Yenicag.az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfəri çərçivəsində sabah Türkiyə ilə Ukrayna arasında azad ticarət sazişi imzalanacaq.

Səfərdən öncə isə Türkiyə Prezidenti jurnalistlərin suallarını cavablandırıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.

V.Zelenski R.T.Ərdoğanı rəsmi mərasimlə qarşılayıb.