Ərdoğan Zelenski ilə Rusiya-Ukrayna danışıqlarını müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, telefon danışığı zamanı İstanbulda Rusiya-Ukrayna heyətləri arasında keçirilən danışıqların nəticələri müzakirə edilib.

“İstanbul görüşünün nəticələri Ukraynada müharibənin dayandırılması və sülhün bərqərar olması istiqamətində aparılan prosesə mühüm təkan verib”, – deyə R.T.Ərdoğan qeyd edib.