Ötən gün Xalq artisti Zeynəb Xanlarovanın 86 yaşı tamam olub.
Yenicag.az xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlu sənətçi ilə bağlı sosial şəbəkədə paylaşım edib. Xanlarovanı ad günü münasibətilə təbrik edən Sərxan onunla bağlı heç kimə məlum olmayan bir faktı açıqlayıb.
O, Türkiyənin 8-ci Prezidenti Turqut Özalın həyat yoldaşı Səmra Özalın illər əvvəl Zeynəb Xanlarovanı özəl təyyarə ilə qardaşı ölkəyə dəvət etdiyini və onun orada konsert verdiyini vurğulayıb:
“Bir gün Səmra Özal, rəhmətlik Turqut Özalın həyat yoldaşı dedi ki, Zeynəb xanımdan uzun zamandır xəbərim yoxdur. Zeynəb xanıma zəng vurdum və söylədim ki, Səmra xanım sizi soruşdu. Dedi bəs niyə nömrəmi verməmisən, mən o xanımı çox sevirəm. Səmra xanım söhbət əsnasında dedi ki, Türkiyə Cümhuriyyətində yeganə hadisədir ki, dövlət bir sənətçi üçün özəl təyyarə göndərdi ki, Zeynəb xanım öz kollektivi ilə gəlib konsert versin. Bu sözləri eşitmək mənim üçün çox qürurverici idi. 28 dekabr dünyanın Zeynəbinin ad günüdür. Mənim dəyərli bacım, sizi ürəkdən təbrik edirəm və demək istəyirəm ki, mən sizi ömürlük sevirəm”.