Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı Əli Mutlu vəfat edib.
Yenicag.az xəbər verir ki, Əli Mutlu 83 yaşında gecə saat 01:30-da müalicə olunduğu Mərmərə Univeristetinin Pendik Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.
O, xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkib.
Dünyasını dəyişən Mutlunun cənazəsi Rizə şəhərinin Güneysu mahalında dəfn ediləcək.