Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kortejini qəfil saxlatdırıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Bəylərbəyi sarayına yola düşən Ərdoğan balaca qonşusunun sürprizi ilə qarşılaşıb. Yolun kənarında kiçik qız uşağını görən Türkiyə prezidenti korteji saxlatdırıb. Qonşuları Ərdoğanın ad günü münasibətilə ona tort verib. Prezident isə bu jesti qarşılıqsız qoymayıb.