!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərdoğana qarşı sui-qəsd ola bilər!” – Keçmiş polis rəisindən xəbərdarlıq

!Reklam – Yazi

erdoganqesdTürkiyənin bir çox vilayətlərinin polis rəisi işləmiş, hazırda siyasi kitablar yazan və daxili konfliktlər məsələsində ekspert kimi çıxış edən Hanefi Avcı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı yeni sui-qəsd cəhdinin ola biləcəyini istisna etməyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ terror şəbəkəsinə qarşı həyata keçirilən tədbirləri şərh edən Hanefi Avcı gülənçilərin yenidən baş qaldıracaqları ehtimalını dəyərləndirib. Onun sözlərinə görə, FETÖ hələlik, yeni bir çevriliş cəhdi imkanında deyil. Bununla belə, keçmiş polis rəisi gülənçilərin prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd hazırlana biləcəyini istisna etməyib:

“Qısa zamanda dövlət başçısına sui-qəsd hazırlana biləcəyi qənaətindəyəm. Prezidentin fiziki məhvinə yönəlmiş fəaliyyətləri ola bilər. Dövlətin bütün strukturlarına dair məlumatlar əllərindədir, belə bir təşəbbüsə baş vurmaları mümkündür”.

Hanefi Avcı uzun illər Diyarbəkirin polis rəisi olub və antiterror əməliyyatlarına rəhbərlik edib. Son polis rəisi işlədiyi vilayət Eskişehir olub.

Qeyd edək ki, 15 iyul gecəsi FETÖ mənsubları prezident Ərdoğana qarşı sui-qəsd təşkil edərək, onun məzuniyyət zamanı Marmarisdə qaldığı oteli bombalamışdılar. R.T.Ərdoğanın bombardmandan bir neçə dəqiqə əvvəl oteldən çıxması onu xilas etmişdi.

Yeniçağ.Az

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv