!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğana qarşı sui-qəsdin qarşısı son anda alınıb?

!Reklam – Yazi

Almaniya Federal Kriminal Şöbəsinə daxil olan məlumata görə, G20 sammitindən bir gün əvvəl (6 iyul 2017) Türkiyə dövlət orqanlarına prezident Ərdoğana qarşı sui-qəsd təşkil ediləcəyi barədə xəbərdarlıq edilib.

Yenicag.az mətbuatına istinadən xəbər verir ki, sui-qəsd təşkil edəcək şəxslərin alman polisi geyimində olacağı bildirilib. Türkiyə xüsusi xidmət orqanları türk polisi olan şübhəli şəxsin adını alman polislərinə təqdim edilib.

ABŞ-dakı Türkiyə səfirliyinin qarşısında keçirilən aksiya zamanı yaranan insidentdə adı hallanan cangüdənlərin Hamburqda keçirilən G20 zirvəsində Ərdoğanı müşayiət etməsi ilə bağlı Almaniyaya məlumat verilmişdi. Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel isə həmin cangüdənlərin ölkəyə girişinin arzuolunmaz olduğunu dilə gətirmişdi.

Qeyd edək ki, Hamburq daxili işlər senatoru Andi Qrote G20 komissiyasında çıxış edərkən, ABŞ-dakı qalmaqalda adı hallanan cangüdənlərin Almaniyaya gələcəyi təqdirdə qeyri-şərtsiz saxlanılacağını demişdi.

Yenicag.az

www.yenicag.az

1032
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv