!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğana qarşı sui-qəsdin üstü açıldı – Əməliyyat masasında öldürəcəkdilər

!Reklam – Yazi

32654Vaxtilə FETÖ-nün türk ordusundakı qruplaşmasına görə məsuliyyət daşıyan imamı Hüseyn Sarıçiçək 2014-cü il 17-25 dekabr hadisələrindən sonra terror təşkilatının sirlərini açmağa başlayıb.

Təşkilata dair 200-ə yaxıb gizli sənəd, video və səs yazısını İzmir baş prokuror müavini Okan Batoya təhvil verən Hüseyn Sarıçiçək FETÖ-nün gerçəkləşdirmək istədiyi qorxunc bir sirrin üstünü açıb. FETÖ Ərdoğanı tibbi əməliyyat zamanı öldürmək istəyibmiş.

Hüseyn Sarıçiçəyin etirafları:

“7 fevral MİT böhranının cərəyan etdiyi gün idi. Fətullah Gülənə ən yaxın 6 nəfərlik gizli heyətdə yer alan region imamı Necdət İçel mənə zəng etdi, bir polkovniki qarajdan götürüb Torbalıdakı fermaya aparmağımı istədi. Mən də o polkovniki İçelin Torbalıdakı fermasına apardım. Bu müddətdə Necdət İçelin bağıraraq bağçaya qaçdığını və yanında duran polis rəisinə hücum etdiyini gördüm. İçel “Əməliyyata necə girməz? Allah qəhr etsin, haradan xəbər tutdu bu adam? Necə yəni ölməz” – deyə bağırırdı. Sonradan o müddətdə baş nazir vəzifəsi tutan prezident Ərdoğanın İstanbulda girməli olduğu bir tibbi əməliyyatdan imtina etdiyini öyrəndim. Bundan irəli gələrək, təşkilatın Ərdoğanı əməliyyat stolunda öldürəcəyini başa düşdüm. Zatən Necdət İçel 7 fevral və 17-25 dekabrdan bir az əvvəl Amerikayqa gedib gəlmişdi”.

Təşkilat hərbi liseylər və hərbi məktəblərdəki tələbələr çox əhəmiyyət verirdi. Bu tələbələrə “Fətullah Gülənin dualarında bir nömrədəsiniz” deyilərək mənəvi baxımdan qidalandırırdılar. Bu tələbələrə ilk olaraq necə gizlənə biləcəklərini, gözlə necə namaz qıla bilinəcəyini öyrədirdik.

FETÖ imamları millətdən yığdıqları ianələrlə korrupsiyaya bulaşmışdılar. Mən də bəzi polis imamlarının korrupsiya əməllərini fərq etdim. Hrant Dink istintaqında Ogün Samastı sorğu-sual edən prokuror Fatih Genç məni də bir cinayət işinə bağlayaraq, “Polis imamlarla işin olmasın” – deyə təhdid etmişdi. Mən də məcbur olub qəbul etdim. Zatən Genç də FETÖ istintaqı zamanı həbs olundu.

FETÖ-nün ən təhlükəli birləşməsi kəşfiyyata qarşı mübarizə aparmaq üçün yaradılan İKK komandalarıdır. Bu təşkilatda olanlar əsasən saçlarını uzadar və sırğa taxaraq özlərini kamuflyaj edərlər. Universitetlərin incəsənət fakültələrini özlərinə qərargah olaraq seçirlər. Kaset, şantaj, qurama işləri çox professional şəkildə həyata keçirirlər.

Məndəki sübutları prokuror müavini Okan Batota verdikdən sonra bir çox təhdid zəngi aldım. FETÖ polisləri evimə iki dəfə basqın təşkil etdi.

Çevriliş cəhdindən sonra həbs olunan Baş Qərargah Kəşfiyyat Dairə rəisi general-leytenant Mustafa Özsoy TSK içində ən təhlükəli adamlardan biri idi. Özsoy tez-tez Egey Regionu İmamı Necdət İçellə görüşürdü”.(avropa.info)

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv