Ərdoğana silah tuşlayanlara ağır cəza

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı təşkil edilmiş sui-qəsdlə bağlı davam edən cinayət işi yekunlaşdırılıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, FETÖ terror təşkilatının həyata keçirtdiyi çevriliş cəhdi zamanı Ərdoğana sui-qəsd təşkil edilib. Sui-qəsd təşəbbüsü uğursuzluqla nəticələnib. İki polisin şəhid olduğu hadisə ilə əlaqədar ümumilikdə 47 nəfər barəsində cinayət işi açılmışdı.

Məhkəmədə 30 səhifəlik qərar qəbul olunub. Qərara əsasən:

– Keçmiş polkovnik-leytenanta bəraət verilib;

– Fətullah Gülən, Burkay Karatepe ve Özcan Karacanın dosyeleri ayrılıb;

– 31 şübhəliyə ömürlük həbs cəzası kəsilib;

– Gökhan Sönmezateşə isə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.

COP29