Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan cümhuriyyət tarixində 65 il sonra Yunanıstana səfər edən ilk prezident olacaq.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı baş nazirin köməkçisi Hakan Çavuşoğlu verib. Onun sözlərinə görə, Türkiyə prezidenti üç yeni layihəni müzakirə etmək üçün yaxın günlərdə Yunanıstana rəsmi səfər edəcək. Bu layihələr İzmirdən Selanikə sərnişin və yük daşıyan gəmi səfərləri, ikincisi İstanbuldan Selanik şəhərinə uzanan dəmiryol xətti, üçüncüsü isə Kipi və İpsela sərhəd keçid məntəqələrinə qədər körpülərin inşa edilməsi ilə bağlı olacaq.
Qeyd edək ki, Türkiyə-Yunanıstan xarici siyasətində tez-tez anlaşılmazlıqlar yaranır. Buna görə də ölkələr arasında ali səviyyəli rəsmi səfərlərin sayı olduqca məhduddur.