Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ərdoğandan ABŞ-a cavab: “Türkiyənin “S-400” raketləri almasından niyə narahatdırlar ki?”

Türkiyə prezidenti ölkəsinin Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq niyyəti ilə bağlı ABŞ-ın əks-mövqeyinə reaksiya verib.

Yenicag.az Türkiyə mediasına istinadən bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfərdən qayıdarkən, ABŞ qərargahlar komitəsinin rəisi general Cozef Danfordun Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması haqqında danışıqlardan narahatlığına münasibət bildirib.

Ərdoğan qeyd edib ki, ABŞ Türkiyə ilə Rusiya arasında “S-400” zenit-raket komplekslərinin alınmasına dair danışıqlardan narahat olmamalıdır:

“Türkiyənin “S-400” zenit-raket komplekslərini almasına dair saziş müdafiə sahəsində birgə istehsala başlanılmasını nəzərdə tutur.

Bu, nəyə görə narahatlıq doğurmalıdır? Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün tədbir görməlidir. Təhlükəsizliyi necə təmin etmək mümkündürsə, o istiqamətdə də addımlar atılır.

Ankara bu mövzunu Vaşinqtonla bir neçə dəfə müzakirə etsə də, məsələ öz həllini tapmayıb. Buna görə də Türkiyə “S-400” zenit-raket kompleksləri ilə bağlı plan qurmalı oldu”.

Ərdoğan əlavə edib ki, Türkiyə ilə Rusiya arasındakı bu məsələ hazırda müzakirə mərhələsindədir.

Prezidentin fikrincə, ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasından narahat olsa da, Ankaranın “Patriot” raketlərinin alınmasına dair müraciətlərinə cavab vermir.

Yenicag.Az

www.yenicag.az

476
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM