Ərdoğandan Alparslan Türkeş mesajı: “… hörmətlə xatırlayacağıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu və ilk sədri Alparslan Türkeşin vəfatının 20-ci ildönümü ilə bağlı mesaj paylaşıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Ərdoğan bu barədə özünün “Twitter” hesabında yazıb:

“Milliyyətçi Hərəkat Partiyasının qurucu lideri Alparslan Türkeşi əbədiyyətə qovuşmasının 20-ci ildönümündə rəhmətlə yad edirəm. Mərhum Türkeşi ömrünü Türkiyəyə və Türk millətinə xidmətə sərf etmiş bir dövlət və siyasət adamı olaraq daim hörmətlə xatırlayacağıq”.

Yeniçağ.Az