Ərdoğandan Azərbaycan AÇIQLAMASI: “Böyük önəm daşıyır”

“Azərbaycanla üçtərəfli əməkdaşlıq bu baxımdan önəmlidir”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Türkiyə və Gürcüstanın Azərbaycanla üçtərəfli əməkdaşlığının böyük önəm daşıdığını qeyd edən Ərdoğan, “Türkiyə Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəkləyir”, – deyə vurğulayıb.

Ərdoğan bildirib ki, mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində birgə addımlar atılacaq.