!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Azərbaycana növbəti DƏSTƏK: “Hərb yolunun seçilməsi mövcud reallığın tələbidir”

!Reklam – Yazi

“Azərbaycanın illərdir nəticəsiz olan və Ermənistanın artan hücumları ilə dözülməz hala gələn bu problemin həlli üçün hərb yolunu seçməsi həm tarixin, həm hüququn, həm də coğrafi həqiqətlərin gərəyidir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Qətərdə ingilis dilində fəaliyyət göstərən “The Peninsula” qəzetinə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Rəcəb Tayyib Ərdoğan müsahibəsində Azərbaycanla bağlı həqiqətləri belə ifadə edib:

“Ermənistanın qətliam törətdiyi Qarabağ başda olmaqla, Azərbaycan torpaqlarının bir hissəsinin işğalı təqribən 30 ildir aradan qalxmayıb. Beynəlxalq ictimaiyyətin bu qətliam və işğallara qarşı illərcə səssiz qalmasından cəsarətlənən Ermənistan təcavüzkar addımlarını mülki şəxslərə qarşı yönəldərək, əməllərini davam etdirdi. Azərbaycan da bundan sonra işğal altındakı torpaqlarını azad etmək üçün hərəkətə keçdi və indi Ermənistanın quldurluqla əlində saxladığı bölgələri bir-bir geri alır.

Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da “Bir millət, iki dövlət” formulu əsasında haqlı mübarizəsində Azərbaycan dövlətinin və xalqının yanında olacaq. Azərbaycanlı qardaşlarımıza dəstəyimizi bütün imkanlarımızla davam etdirəcəyik.

Təəssüf ki, bu regional problemlə yetərincə məşğul olmayan dövlətlər və beynəlxalq təşkilatlar indiyə qədər münaqişənin həllini çətinləşdiriblər. Həmin dövlətlərin və təşkilatların mövqeyi Ermənistanın ərköyünləşməsinə, yeni işğallara şirniklənməsinə səbəb oldu. Qarabağ problemi Qafqazın son 30 ildə ən önəmli məsələsidir. Azərbaycanın illərdir, nəticəsiz qalan və Ermənistanın artan hücumları ilə dözülməz hala gələn bu problemin həlli üçün hərb yolunu seçməsi həm tarixin, həm hüququn, həm də coğrafi həqiqətlərin tələbidir. Bu problemin dayanıqlı həlli üçün BMT qətnamələrinin və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi lazımdır.

Türk millətinə qarşı hər fürsətdə təcavüzkar və düşmən mövqe sərgiləyən Ermənistan bölgədə sülhün və sabitliyin önündəki ən böyük maneədir. Ermənistanın son işğal təşəbbüsündə uğradığı ağır məğlubiyyətin ardından müxtəlif bəhanələrlə Türkiyənin də bu münaqişədə iştirakını göstərməyə çalışması çarəsizliyinin isbatıdır. Ermənistanın bu davranışı bölgədə geniş münaqişə sahəsi yaratmaq istəyinin göstəricisidir. Yaşanan son hadisələr kimin həqiqətən, sülh tərəfdarı olduğunu göstərir. Beynəlxalq toplumu aşkar həqiqəti görməzdən gələrək, bu qədər müddətdə sərgilədiyi ikili standartlardan imtina edərək, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymaq istiqamətində addım atmağa çağırıram”.

Aqil Bəkir

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv