!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan azərbaycanlı jurnalistə böyük jest

!Reklam – Yazi

7_dTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə keçirilən İqlim Zirvəsində iştirak etmək üçün Fransadadır.

“Tur” adlı xüsusi təyyarə ilə Parisə gələn Ərdoğan BMT-nin 21-ci İqlim Dəyişikliyi Konfransında (COP21) bir sıra dövlət rəhbərləri ilə görüşlər keçirəcək. Paris Bourget Hava limanında Türkiyənin Paris səfiri Hakkı Akil və digər rəsmi şəxslərin qarşıladığı Türkiyə prezidenti sabah ABŞ prezidenti Obama ilə görüşəcək. Yenicag.az 24 TV telekanalına istinadən xəbər verir ki, Ərdoğanın bu səfərində maraqlı bir nüans diqqəti cəlb edib. Belə ki, ilk dəfə olaraq, Ərdoğanı mötəbər tədbirdə müşayət edən jurnalistlər arasında azərbaycanlı yazara da yer verilib. Azərbaycanın tanınmış telejurnalisti Sevil Nuriyeva da Paris Zirvəsinə Ərdoğanla birlikdə qatılanlar arasındadır. Sevil Nuriyevanın Prezidentin səfərini müşahidə edən yazarlar heyətinə daxil edilməsi prezidentin azərbaycanlı yazarın Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı xidmətlərinə verdiyi qiymətdən xəbər verir. Xatırladaq ki, Sevil Nuriyeva Türkiyənin “Star” qəzetinin köşə yazarıdır. S.Nuriyeva Fransada qəzetlə bərabər 24 TV kanalını təmsil etməkdədir. Türkiyənin əksər nüfuzlu telekanallarında müntəzəm çıxış edən Sevil Nuriyeva Azərbaycan, Qarabağ məsələlərində də aktivlik göstərən telejurnalistlərdəndir. Türkiyə prezidentinin təyyarəsində Parisə uçan S.Nuriyeva Fransadan birbaşa Qətərə gedəcək R.T.Ərdoğanı müşayit edən heyət içərisində də olacaq.

Qeyd edək ki, Sevil Nuriyeva Azərbaycanın Türkiyədə layiqli təmsilçilərindən biridir. Beləki, xanım jurnalist öz fəaliyyətində davamlı olaraq Azərbaycanın mövqeyini işıqlandırmaqdadır. Qarabağ məsələsində, Azərbaycanın dünya siyasətindəki yeri məsələsində ciddi şəkildə öz mövqeyini ortaya qoymaqdadır. Hətta, qeyd etmək lazımdır ki, Sevil Nuriyevanın tək başına fəaliyyəti Azərbaycanın Türkiyədəki bir çox dərnəklərinin toplam fəaliyyətindən daha effektivdir, daha nəticə verəndir, yəni Sevil Nuriyevanın Azərbaycan üçün göstərdiyi fəaliyyət, Azərbaycanla bağlı göstərdiyi xidmətlər danılmazdır. Ərdoğanın məhz Sevil Nuriyevanı bu önəmli səfərə dəvət etməsində də, bu amil özünü göstərmişdir.

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv