Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan CHP-nin keçmiş sədri və hazırkı Antaliya millət vəkili Dəniz Baykalla bağlı təlimat verib.
Daha əvvəl xəbər verdiyimiz kimi, Fransadan Türkiyəyə qayıdarkən qəflətən tanınmış siyasətçinin halı pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.
Dünən axşam prezident Rəcəb Tayyip Ərdoğan Baykalın həkiminə zəng edərək, onun vəziyyətilə bağlı məlumat alıb. Daha sonra isə CHP-çi millət vəkilini müalicə etmək üçün dünya şöhrətli beyin cərrahı Uğur Türeni Ankaraya dəvət edib. Prezident həkimi təcili xəstəxanaya çatdırmaq üçün Hasan Doğanı təlimatlandırıb.
Qeyd edək ki, üç gündür xəstəxanada olan Baykalın vəziyyəti hazırda stabildir.