Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında sərt çıxışı ilə yadda qalıb.
Yenicag.az xəbər verir ki, qardaş ölkə başçısı çıxışında BMT-ni və zülmə səssiz qalan üzv dövlətləri tənqid edib:
“BMT Təhlükəsizlik Şurası dünyada baş verən zülmləri seyr edən və 5 daimi üzvə xidmət edən bir forma alıb. Dünya “5”dən böyükdür. İnsanlığın ortaq vicdanının səsi olduğumuza inanırıq”.
Ərdoğan zülmə məruz qalan Fələstini daima müdafiə edəcəklərini sözlərinə əlavə edib:
“Fələstinlilərə tətbiq olunan zülmə səs çıxartmayanların, onlara edilən yardımlara mane olanların cəhdləri zalımların cəsarətlərini artırmaqdadır. Bütün dünya üz çevirsə də, məzlum fələstinlilərin yanında olmağa, ilk qibləmiz Qüdsün tarixi və hüquqi statusuna sahib çıxmağa davam edəcəyik”.