Ərdoğandan bu ölkələrə XƏBƏRDARLIQ: “Prosesi dayandıracağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzvlüklə bağlı Finlandiya və İsveçə xəbərdarlıq edib.

Yenicag.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

Türkiyə Prezidentinin sözlərinə görə, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı alyansa üzv olan bütün ölkələr məlumatlandırılıb:

“Şərti razılığımızı üzv dövlətlərlə bölüşdük. Bir daha xatırlatmaq istəyirəm ki,  Finlandiya və İsveç tərəfindən NATO-ya üzvlük prosesi çərçivəsində lazımi addımlar atılmasa, prosesi dayandıracağıq”.

Ərdoğan xüsusilə İsveçin razılaşmanın şərtlərini yerinə yetirmədiyini söyləyib.