!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Fransaya: "Həddiniz deyil"

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada yayımlanan bəyanatla əlaqədar açıqlama verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Fransanın İslamafobik bəyanatını sərt tənqid edib. O bildirib ki, Türkiyə dünyanın istənilən yerində terrorçulara qarşı mübarizəni dəstəkləyir və Avropa məhz bu məsələdə Türkiyədən dərs götürməlidir.

Prezident qeyd edib ki, İslam dinini və müsəlmanları mühakimə etmək Fransanın həddi deyil.

Həmçinin, Ərdoğan qondarma “erməni soyqırımı” barədə sətiraltı ifadələrə də bu sözlərlə reaksiya verib:

“Qondarma “erməni soyqırımı” iddiası ilə çıxış edənlərə qarşı hər zaman bu çağırışı etmişəm: Elə ürəklisinizsə, biz arxivlərimizi açırıq, siz də açın”.

 

www.yenicag.az

2055
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv