!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan həyat yoldaşına möhtəşəm jest - FOTO

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğana etdiyi jestlə hər kəsin rəğbətini qazanıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan İstanbulda təşkil olunan Beynəlxalq Zeytun budağı Sülh Mükafatı mərasiminə qatılıb. Mərasimdə “Qüdsün son yüz ili” adlı sənədli film göstərilib. Ardınca isə Ərdoğan kürsüyə çıxaraq nitq söyləyib. Bu zaman o, kürsüdəki zeytun budağı fiqurunu əlinə alaraq ön cərgədə oturan həyat yoldaşı Əminə Ərdoğana təqdim edib.

Onun bu hərəkəti zaldakıların böyük rəğbətini qazanıb. Prezident bununla yoldaşının timsalında bütün qadınları sülhün təminatçısı elan edib.

www.yenicag.az

1551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv