Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrilə bağlı açıqlama ilə çıxış edib.
Yenicag.az xəbər verir ki, Ərdoğan AKP mərkəzi qərargahında seçicilərə səslənib.
Videonu təqdim edirik:
Ərdoğanın açıqlamaları:
“Seçkiləri demokratiyaya yaraşan şəkildə tamamladıq. Seçkiyə kölgə salacaq heç bir hadisə yaşanmadı…
31 Mart bizim üçün dönüm nöqtəsidir… Bu seçkinin qalibi, əvvəla, demokratiyamızdır. Qazanan Türkiyə olmuşdur, millətimiz olmuşdur…
Bu yolu birlikdə yürüyəcəyik. İradəsini seçkiyə yansıdan bütün vətəndaşlarımıza təşəkkür edirəm.
Əziz millətim, 31 Mart seçkiləri son 22 ildə girdiyimiz 18-ci sınağımız olduq. Hər zaman bacardıq, bacararaq gəldik. Bundan sonra da bacararaq yola davam edəcəyik. Mən sizə inanıram.
Yerli seçkilərdən gözlədiyimiz nəticəni ala bilmədik. Bu seçki imtahanına gecə-gündüz hazırlaşdıq.
Nəticə belə oldu. Hər olanda xeyir var.
Millətin iradəsindən başqa heç bir güc tanımırıq. Bu günədək millətin iradəsinə boyun əyməkdən geri durmadıq. Bu gün millətimiz tərəfindən seçilən bələdiyyə sədrlərini… ayrı-ayrı təbrik edirəm…
Millət son sözünü demiş, qərarını vermişdir. Seçkilərin nəticələrini dəyərləndirəcək, özünütənqiddən geri durmayacağıq. Səbəbləri təhlil edəcək, lazımi müdaxilələri edəcəyik.
Hər zamankından daha çox çalışacağıq, amma millətimizin qərarına hörmətsizlik etməyəcəyik, millətlə inadlaşmayacağıq. Millətin seçkidə verdiyi mesajları… təhlil edəcək… yanlışlarımızı düzəldəcəyik…”
Qeyd edək ki, Ərdoğanın sədri olduğu AKP qurulduğu gündən etibarən ilk dəfə ölkə üzrə ikinci partiya statusuna enib.