!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan İrana mesaj: "Kin qoxan mövqeni əsla unutmayacağıq"

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışındakı çıxışı zamanı bəzi ölkələrə mesaj göndərib.

Yenicag.az xəbər verir ki, Ərdoğan Qarabağ savaşında Azərbaycana verdiyi dəstəyə görə Türkiyə əleyhinə açıqlamalar verən ölkələrin davranışlarını unutmayacaqlarını bildirib.

“Azərbaycan torpaqları və Qarabağ yenidən azadlığına qovuşdu. Biz də Bakı və Şuşada azərbaycanlı qardaşlarımızın sevinclərinə ortaq olduq. İnşallah, önümüzdəki həftələrdə azərbaycanlı qardaşlarımızla yenidən bir araya gələcəyik. İşğal altındakı torpaqlarını qurtarmaq üçün mübarizə aparan bir ölkəyə dəstək verən Türkiyəyə qarşı kin qoxan mövqeni əsla unutmayacağıq. Biz qardaşlığın, dostluğun, yoldaşlığın, əməkdaşlığın qədir-qiymətini bilən bir ölkəyik”, – deyə Ərdoğan qeyd edib.

www.yenicag.az

1171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv