“Bu qardaşlarımızın bir qismi 5 il, bir qismi 6 il bu terrorçuların əlində əsir qalmışdı. O gündən bu günədək bu qardaşlarımızı terrorçulardan necə xilas edəcəyimizi düşünürdük. Çox səy göstərdik”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Bu əməliyyatların aparıldığı gecədə qardaşlarımızı xilas etmək istədik. Terrorçuların bütün hinlərinə girəcəyik demişdik. Bu əsnada 42 terrorçu məhv edilib. İraqın şimalındakı terror yuvalarını dağıtmaq üçün başlatdığımız “Pence Kartal – 2” hərəkatında şəhid edilən üç əsgərimiz və alçaqca qətlə yetirilən 13 qardaşımıza Allahdan rəhmət diləyirəm”, – o vurğulayıb.