!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Lavrova sərt təpki: “Afrini kimə qaytaracağımızı özümüz yaxşı bilirik”

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrinlə bağlı fikirlərinə reaksiya verib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Afrin Suriya hökumətinə qaytarılmalıdır” fikirlərinin yanlışlığını vurğulayıb.
Ərdoğan AKP Məclis qrup toplantısında Lavrovun açıqlamasına sərt münasibət bildirib:
“Bu, çox yanlış yanaşmadır. Biz hazırda Afrini kimə qaytaracağımızı yaxşı bilirik. İndiki şəraitdə başqa ölkələrin Suriyada nəzarət etdikləri ərazilərin Dəməşqə təhvil verilməsi müzakirə olunsun.
Zamanı gələndə, Afrini afrinlilərə qaytaracağıq. Ancaq bu işin zamanını özümüz müəyyənləşdirəcəyik, Lavrov yox”.

www.yenicag.az

1568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv