Ərdoğandan LGBT çıxışı: “Qlobal cinsiyyətsizləşdirmə siyasəti insan nəslini təhdid edir”

“Qlobal cinsiyyətsizləşdirmə siyasəti insan nəslini təhdid edir”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NAzirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında çıxışında deyib.

Ərdoğan LGBT-ni faşizm adlandıraraq bu cinsiyyətsizləşdirmə siyasətinin ailə qurumu üçün böyük təhdid olduğunu qeyd edib. Prezident ölkənin 2023-cü il üçün açıqlanmış doğum statsitikasının Türkiyə üçün təhdid olduğunu sözlərinə əlavə edib.