!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Makrona XƏBƏRDARLIQ: “Əks halda, “qırmızı jiletlilər” başınıza bəla olacaq” - VİDEO

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ermənipərəst mövqeyini dərinləşdirən Fransanı növbəti dəfə sərt təndid edib.

Yenicag.az xəbər verir ki, Ərdoğan bu barədə Cümə namazından sonra jurnalistlərlə söhbətində danışıb.

Türkiyə prezidenti Fransanın Makrondan xilas olmasını arzuladığını dilə gətirib:

“Hər şeydən əvvəl Minsk qrupu vasitəçilik formatıdır. Fransa öz qərarları ilə vasitəçilik üçün mənəvi haqqını itirib.

Fransa çox təhlükəli bir dönəm yaşayır. Arzu edirəm ki, Fransa tezliklə Makrondan xilas olsun. Əks halda, Fransa “sarı jiletlilər”dən qurtula bilməyəcək, daha sonra isə “qırmızı jiletlilər” onların başına bəla olacaq.

Azərbaycanlı qardaşlarımız öz göbəklərini özləri kəsdilər və hazırki duruma gəlib çıxıldı. Xeyirli olsun, deyirik. Çərşənbə axşamı nəsib olsa, mən də oradakı (Bakı – red.) tədbirə həyat yoldaşımla birlikdə qatılacağam.

Dəyərli qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. “Erməniləri bu qədər sevirsizsə, Marseli onlara verin”, – dedi. Eyni məsləhəti mən də verirəm”.

www.yenicag.az

727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv