Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Ərdoğandan MSK-nın İstanbul qərarına ilk münasibət

Reklam: High Technic

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MSK-nın İstanbul seçkilərinin yenilənməsi ilə bağlı qərarına ilk dəfə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, bu gün AK Partiyanın Qrup toplantısında danışan Ərdoğan “Seçkilər bitdi, amma mübahisələr hələ bitməyib” deyərək, 31 Mart seçkilərinin ən mübahisəlisinin İstanbul Bələdiyyə Başçısı seçkilərinin olduğunu bildirib:

“Bu seçkidə AKP-nin 25-28 min səs fərqlə məğlub olduğu bildirildi. Biz milli iradəyə təslimiyyətimizdən dolayı bunu hörmətlə qarşılaya bilərdik. Ancaq sonra qarşımıza tamamilə başqa bir mənzərə çıxdı. Gördük ki, AKP-nin 15 min seçicisinin haqqı qəsb edilib. Biz buna səssizcə tamaşa edə bilməzdik”.

MSK-nın bütün partiya təmsilçilərini və onların gətirdikləri sübutları dinləyərk belə bir qərar verdiyini bildirən Ərdoğan İstanbulda Bələdiyyə seçkilərinin 23 İyun 2019-cu il tarixində təkrarlanacağını qeyd edib.

“Bu qərarı siyasətçilər olaraq problemlərimizi demokratiya ve hüquq içərisində həlletmə iradəsini gücləndirəcək ən doğru addım olaraq görürük. 23 iyuna qədər olan vaxt ərzində daha çox çalışacaq və İstanbuldakı bütün vətəndaşlarımızın könlünə girərək seçkiləri qazanmağa cəhd edəcəyik. İstanbulluların ən doğru qərarı verəcəyinə inanıram” deyə, Ərdoğan bildirib.

Aqil Bəkir

www.yenicag.az

2082
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM